Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

156 nömrəli məktəbdə baş verənlər nəzarətə götürülüb

156 nömrəli məktəbdə baş verənlər nəzarətə götürülüb


Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Newscenter.az xəbər verir ki, bu fikirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin açıqlamasında yer alıb.

Qeyd edək ki, məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.

Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.

Süleyman
Xəbəri paylaş