"1 sentyabr, 2024-cü ildə ölkədə keçirilən növbədənkənar parlament seçkiləri ilə Azərbaycan daha bir demokratik seçki nümunəsi sərgilədi. Müstəqillik dövründə ilk dəfə bütün ölkə ərazisi boyunca keçirilən seçkilər yüksək seçici fəallığı ilə yadda qaldı".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin açıqlamasında yer alıb. İctimai Birlik qeyd edib ki, seçkini müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri, eləcə də xarici media təmsilçiləri də eyni qənaətdədirlər:
"Parlament seçkilərini müşahidə edən ayrı-ayrı ölkələrin jurnlaist təşkilatları və kütləvi informasiya vasitələrinin təmsilçilərinin açıqlamalarından da məlum olur ki, seçki günü heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb və seçkilər yüksək seçici fəallığı ilə başa çatıb".
Anar Əliyev