"Ermənistanın baş naziri Nikol Paşinyan "Real Ermənistan" konsepsiyası ilə xalqı Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək üçün yeni planlı hazırlıqlara başlayır. O, " Tarixi Ermənistan" ideyasından əl çəkməyi və real Ermənistan qurmaq üçün addımlar atacağını elan edib. Hətta "Tarixi Ermənistan" ideyasına görə xalqdan üzr istəyib".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bununla N. Paşinyan Konustitusiyada dəyişikliyə gedəcək:
"O, xalqı Türkiyə və Azərbaycan qarşı ərazi iddialarından geri çəkilməyə hazırlayır. Konustitusiyadan Türkiyəyə qarşı soyqırım maddəsini, Azərbaycana qarşı ərazi iddialarıni qanunvericilik aktlarından çıxaracaq. Azərbaycanın təklif etdiyi şərtlər Ermənistan rəhbərliyi tərəfindən qəbul edilib. Ermənistanda baş verənlər Rusiyanı ciddi narahat edir. Azərbaycan və Türkiyəyə qarşı soyqırım və işğal siyasəti rəsmi və qanunvericilik aktlarından çıxarılır".
Anar Əliyev