Oktyabrın 15-17-də Bakı Ekspo Mərkəzində IV Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh 2024") keçiriləcək.
Newscenter.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də sərgidə agentlik xüsusi stendlə təmsil olunacaq.
Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB-lar oktyabrın 8-nə qədər müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər: https://bit.ly/3Rbs44I
“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Rebuild Karabakh 2024” qeyd olunmalıdır.
Mehman Mehdiyev