Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçmiş məcburi köçkün icmalarında I Böyük Qayıdış proqramı təşviq edilir

Keçmiş məcburi köçkün icmalarında I Böyük Qayıdış proqramı təşviq edilir


Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi “Sülh səfirləri” layihəsinin icrasını davam etdirir. İctimai Birliyin sədri Məleykə Əlizadə bildirib ki, layihənin fəaliyyətləri keçmiş məcburi köçkün icmalarının müvəqqəti məşkunlaşdıqları ərazilərdə həyata keçirilir. Layihənin məqsədi məcburi köçkün icmalarından seçilmiş “Sülh səfirlərinin” iştirakı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən inteqrasiya və reinteqrasiya imkanlarına töhvə verilməsidir. Layihə çərçivəsində əsas fəaliyyətlərdən biri də 5 günlük təlimlərdə iştiak edib Sülh səfiri adını qazanmış səfirlərin iştirakı ilə icmalarda görüşlərin keçirilməsidir. Bu görüşlərdə layihənin ekspertləri və sülh səfirlərinin iştirakı ilə keçmiş məcburi köçkün icmalarında aparılan maarifləndirmənin əsas məqsədi I Böyük Qayıdış proqramını təşviq etmək, keçmiş məcburi köçkünləri narahat edən məsələri məhz bu Proqramın vasitəsilə aydınlaşdırmaq, birgə fikir mübadiləsi aparmaqdır. 200 nəfərin iştirakı nəzərdə tutulsa da bu rəqəm 400 nəfəri keçmişdir.

Məleykə Əlizadə onu da qeyd edib ki, artıq keçmiş məcburi köçkün icmalarında I Böyük Qayıdış poqramı çox yaxşı qarşılanır və onlar məmnuniyyət hissi ilə Qayıdışı gözləyirlər.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Xəbəri paylaş