
Almatı Hava Limanına 362 milyon dollar özəl investisiya cəlb ediləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Nəqliyyat Nazirliyi xəbər verir.
Nəqliyyat Nazirliyi və Almatı Beynəlxalq Hava Limanı arasında memorandum imzalanıb.
Bu sənəd çərçivəsində, ilk növbədə, hava limanı işçilərinin iş şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. İnvestor bir sıra korporativ təşəbbüslər həyata keçirir.
2025-ci ildə hava limanı işçilərinin maaşları orta hesabla 25% artacaq.
Mehman Mehdiyev