Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Otellərdə denq qızdırmasına qarşı profilaktik tədbirlər görülür

Otellərdə denq qızdırmasına qarşı profilaktik tədbirlər görülür



Şri-Lanka otelləri denq qızdırmasının yayılması ehtimalı ilə əlaqədar zəruri profilaktik tədbirlər həyata keçirməyə başlayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Səyahət Sənayesi Birliyinin (RUTI) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hakimiyyət orqanları turistlərə ağcaqanad sancmalarına qarşı tədbirlər görmək, qovuculardan istifadə etmək və qoruyucu geyim geyinməyi tövsiyə edir. Bu, ilk növbədə açıq, bataqlıq ərazilərə aiddir, çünki müvafiq orqanlar otel ərazisində lazımi tədbirləri görməlidirlər.

Qeyd edilib ki, Şri-Lankada musson mövsümündə (iyun-iyul, oktyabr-dekabr) denq qızdırması hallarının hər il artması müşahidə olunur. Virus daşıyıcısı olan ağcaqanadlar durğun sularda çoxaldıqca, virusun pik həddə çatması qeydə alınır.

Anar
Xəbəri paylaş