Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn olunub

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn olunub


İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib.

Newscenter.az-ın məlumatına görə, onun cənazəsi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.

Mərasimdə Şahin Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şahin Tağıyev Azərbaycanın ilk dörd Milli Qəhrəmanından biridir. O, 1992-ci il Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib. Ş.Tağıyevə 23 iyun 1992-ci il tarixində göstərdiyi qəhrəmanlığa görə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. "Qurtuluş" batalyonun komandiri olmuş Ş. Tağıyev 1993-cü ilin martında döyüşlərin birində ağır yaralanmış, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində ordudan tərxis olunub.
Xəbəri paylaş