
İranın Ali Lideri Tehran və Vaşinqton arasında danışıqlarla bağlı bütün məsələlərdən xəbərdardır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei bildirib.
Onun sözlərinə görə, Ali Rəhbər bütün məsələləri və müzakirələri tam nəzarətdə saxlayır.
"Müctəba Xamenei hadisələrin inkişafını qətiyyətlə və müdrikliklə idarə edir və onun icazəsi olmadan heç bir tədbir görülmür", - deyə Bəqayi vurğulayıb.
Anar












































