
"Sea Breeze", Park Rezidense 2 ərazisində bədbəxt hadisə baş verib.
Newscenter.az xəbər verir ki, hadisə nəticəsində azyaşlı uşaq ciddi xəsarət alıb. Məlumata görə, "Sea Breeze" Park Rezidense 2 ərazisindəki Aquaparkda filtrasiya sisteminin azyaşlı uşağı özünə çəkib. Ərazidə istirahət edən vətəndaşlar dərhal köməyə əl atıblar. Əraziyə Təcili-Tibbi Yardım maşının daxil olduğu bildirilir.
Azyaşlının vəziyyəti ilə bağlı dəqiq məlumat açıqlanmayıb.
Süleyman












































