
"Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni mərhələdə keçirilən Qurultay ölkəmizin və Yeni Azərbaycan Partiyasının qarşıdakı dövr üçün yeni hədəf və vəzifələrinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Newscenter.az xəbər verir ki, bunları YAP Gəncə şəhər təşkilatının üzvü Leyla Məmmədova hakim partiyanın VII qurultayı barədə fikirlərini bölüşərkən səsləndirib. O bildirib ki, Prezident, YAP Sədri cənab İlham Əliyevin çıxışında Azərbaycanın qarşısında duran yeni vəzifələr, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi və gələcək inkişaf prioritetləri ilə bağlı mühüm mesajlar səsləndirildi:

"Tarixi Zəfərdən yeni hədəflərə doğru".
Leyla Məmmədova onu da qeyd edib ki, YAP-ın VIII Qurultayında Gəncə şəhər təşkilatının nümayəndələri ilə birlikdə iştirak etmək onun üçün qürurverici və yaddaqalan olub.
Süleyman












































