
"2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji sektorunda əldə etdiyi nailiyyətlərdən, beynəlxalq əməkdaşlıq əlaqələrindən və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu gün etibarlı enerji tərəfdaşı kimi geniş coğrafiyanı enerji resursları ilə təmin edir. Prezidentin sözlərinə görə, hazırda Azərbaycan təbii qazını 16 ölkəyə ixrac edir və həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və tərəfdaş ölkələr üçün etibarlı təchizatçı statusunu daha da möhkəmləndirdiyini nümayiş etdirir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Nizami Səfərov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev vurğulayıb ki, son illərdə Azərbaycanın qaz ixracının coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib:
"Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilən tədarüklər Avropa bazarında enerji mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir.
Cənab Prezident çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Bakı Enerji Həftəsinə ünvanladığı məktuba da toxunaraq, onun enerji sektoruna münasibətdə praqmatik yanaşmasını müsbət qiymətləndirib. Dövlət başçısı qeyd edib ki, enerji təhlükəsizliyi məsələlərində reallıqlara əsaslanan siyasət böyük əhəmiyyət daşıyır və neft-qaz sənayesi qlobal iqtisadiyyatın inkişafında mühüm rol oynamaqda davam edir".
Millət vəkili qeyd edib ki, bununla yanaşı, Cənab Prezident Azərbaycanın bərpa olunan enerji sahəsində də geniş potensiala malik olduğunu bildirib və ölkənin yaşıl enerji layihələrinin həyata keçirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlıq apardığını diqqətə çatdırıb:
"Çıxışın sonunda Bakı Enerji Həftəsinin qlobal enerji sənayesinin aparıcı nümayəndələrini bir araya gətirən mühüm platforma olduğu vurğulanıb. Qeyd edilib ki, tədbir yeni əməkdaşlıq imkanlarının formalaşmasına və enerji sahəsində aktual məsələlərin müzakirəsinə xidmət edir".
Süleyman












































