Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

"YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb



“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin altıncı həftəsi iştirakçılar üçün zəngin və maarifləndirici proqramlarla yadda qalıb.

Newscenter-az xəbər verir ki, 12–13 yaşlı 53 şəhid övladının iştirak etdiyi düşərgədə hər gün səhər proqramı sağlam həyat tərzini təşviq edən fiziki məşqlərlə başlayıb. Şəhid övladları psixoloqlarla qrup terapiyalarında iştirak edib, "ABAD" tərəfindən təşkil olunan ustad dərslərində yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.

Həftə ərzində iştirakçılar vəhşi təbiət fotoqrafı Saleh Baxşıyevlə görüşüblər. Görüş zamanı fotoqraf iştirakçılarla Azərbaycanın vəhşi təbiəti, təbiətdə sağ qalma bacarıqları, istiqamətin müəyyən edilməsi, vəhşi heyvanların davranış xüsusiyyətləri və təbiətdə təhlükəsizlik qaydaları barədə məlumatlarını bölüşüb.
O, həmçinin uşaqlara təbiəti sevməyin və qorumağın vacibliyindən danışıb, onların suallarını cavablandırıb.

Dövlət Gömrük Komitəsinin kinoloqları ilə görüşdə iştirakçılar kinoloji xidmətin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edib, onları maraqlandıran sualları cavablandırıblar.

Uşaqlar düşərgə müddətində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” çərçivəsində səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında idman normativlərini yerinə yetiriblər.

"Rabitəbank" tərəfindən təşkil olunan maliyyə savadlılığı təlimində iştirakçılar şəxsi büdcənin planlaşdırılması, qənaət vərdişləri və maliyyə məsuliyyəti ilə bağlı praktiki biliklər əldə ediblər.

Parkur saatı və müxtəlif əyləncə proqramları iştirakçıların fiziki fəallığının artırılmasına, komanda ruhunun möhkəmləndirilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.

ASAN Radio/TV-nin təşkilati dəstəyi və tanınmış müğənnilər - Sevda Yəhyayevanın və Kazımcanın iştirakı ilə keçirilən konsert proqramı iştirakçılara xoş ovqat bəxş edib və düşərgənin yaddaqalan anlarından biri olub.

Bağlanış mərasimində "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov uşaqlarla görüşərək onların düşərgə ilə bağlı təəssüratlarını dinləyib və onlara uğurlar arzulayıb.

Bununla 5-ci "YAŞAT" düşərgəsinin altıncı həftəsi uğurla başa çatıb.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: Azərbaycan Hava Yolları, “Rabitəbank”, “Mətanət-A” şirkəti, “Bravo” supermarketlər şəbəkəsi, “PASHA Sığorta”, “Badamlı”, “Milla”

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş