Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın kənd təsərrüfatı ixracı 60 faiz azalıb

Ukraynanın kənd təsərrüfatı ixracı 60 faiz azalıb


1-5 avqust tarixləri arasında Ukraynadan ümumi kənd təsərrüfatı ixracı 312.900 ton təşkil edib ki, bu da iyulun eyni dövründəki 784.500 tonla müqayisədə 60,1% azdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin taxıl və yağlı toxum bazarında kommersiya agenti kimi fəaliyyət göstərən Ukrayna broker şirkəti Spike Brokers öz Telegram kanalında məlumat verib.

Bildirilib ki, ixrac gəliri 38,4% azalaraq 326,9 milyon dollardan 201,5 milyon dollara düşüb. Ən böyük azalma taxıllarda müşahidə olunub. Avqustun ilk altı günündə buğda ixracı iyulun əvvəlindəki 294.900 tonla müqayisədə 93.200 ton, qarğıdalı ixracı isə 293.700 tonla müqayisədə 33.500 ton təşkil edib.

Günəbaxan yağı ixracı 52.100 tondan 30.700 tona düşüb.

Anar
Xəbəri paylaş