Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ BMT-də Rusiya əleyhinə bəyanata dəstək verməyib

ABŞ BMT-də Rusiya əleyhinə bəyanata dəstək verməyib


ABŞ bir neçə ölkənin BMT-də Ukrayna ilə bağlı yaydığı Rusiya əleyhinə bəyanata qoşulmayıb.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen BMT-nin mənzil-qərargahında Rusiya əleyhinə hazırlanan bəyanatı dilə gətirib. O, çıxışında Kopenhagen də daxil olmaqla, bəyanatı dəstəkləyən 50 ölkənin adını sadalayıb. Bildirib ki, onların arasında Macarıstan, Slovakiya, İsveçrə və bütövlükdə Avropa İttifaqı da var.

TASS-ın xəbərinə görə, adıçəkilən dövlətlər və təşkilatlar bəyanata dəstək nümayiş etdirsələr də, lakin Birləşmiş Ştatlar bu bəyanata qoşulmadığını bəyan edib.

Anar
Xəbəri paylaş