Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

26 Avqust – Laçının şanlı tarixinin yeni səhifəsi

26 Avqust – Laçının şanlı tarixinin yeni səhifəsi



Prezident Cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncama əsasən, Laçın şəhərinin işğaldan azad olunduğu 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar gün artıq laçınlılar üçün uzun illərdən sonra doğma şəhərlərinə qayıdışın, Böyük Qayıdışın və tarixi ədalətin bərpasının rəmzinə çevrilmişdir.
Bildirmək istərdim ki, Ermənistanın hərbi təcavüzü nəticəsində uzun illər işğal altında qalan tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildi. Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və xalqımızın həmrəyliyi tarixi Zəfərimizin əsasını təşkil etdi. Bu Qələbə ilə ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu, şəhidlərimizin qanı yerdə qalmadı.
İşğal illərində Ermənistan tərəfindən yaşayış məntəqələrimizin dağıdılması ilə yanaşı, xalqımızın əsrlər boyu formalaşdırdığı tarixi-mədəni və dini irsə də ciddi ziyan vurulub. Lakin torpaqlarımızın azadlığından sonra Qarabağ və Şərqi Zəngəzurda tamamilə yeni mərhələ başlanıb. Hazırda ərazilərin minalardan təmizlənməsi, yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun bərpası və sosial obyektlərin yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.
Bu prosesin əsas məqsədlərindən biri uzun illər doğma yurdlarından ayrı düşmüş məcburi köçkünlərin öz torpaqlarına qayıdışını təmin etməkdir. Dövlət tərəfindən həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində artıq Laçın şəhərinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı təmin olunur. Yenidən qurulan evlərə, küçələrə və məhəllələrə həyatın qayıtması Laçının əvvəlki simasının bərpası ilə yanaşı, burada yeni və müasir yaşayış mühitinin formalaşdığını göstərir. Bu gün laçınlıların doğma şəhərlərinə qayıdaraq öz evlərində yaşaması tarixi ədalətin bərpasının və Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş