Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir

Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir


Laçın şəhəri Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və mühüm strateji mövqeyə malik rayonlarından biridir. 1992-ci il mayın 18-də rayonun Ermənistan tərəfindən işğal olunması nəticəsində Laçın əhalisi doğma torpaqlarını tərk etməyə məcbur qaldı. Bununla da minlərlə insan uzun illər ərzində öz ata-baba yurduna qayıtmaq arzusu və Vətən həsrəti ilə yaşadı. Laçınlıların doğma torpaqlarına qayıdış ümidi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə reallığa çevrildi.
Qeyd etmək lazımdır ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir.
Laçının azad edildiyi günün əlamətdar tarix kimi əbədiləşdirilməsi məqsədilə Prezident Cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd edilir. Bu tarix həm Laçının işğaldan azad olunmasının ildönümünü, həm də şəhərin sürətli dirçəlişini və laçınlıların doğma torpaqlarına qayıdışını simvolizə edir. Bu baxımdan 26 Avqust Laçın üçün sadəcə təqvim günü deyil, xalqımızın Zəfərinin, tarixi ədalətin bərpasının və doğma torpaqlarda yeni həyatın başlanmasının rəmzidir.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş