
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu avqustun 28-də saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov küçəsi, 7) keçiriləcək. Görüşdə Qax və Şəki rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Newscenter.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-99-51; 050-845-99-47) müraciət edə bilərlər.
Süleyman












































