Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rus qoşunlarının Azərbaycandan çıxarılması bizim növbəti qələbəmiz deməkdir

Rus qoşunlarının Azərbaycandan çıxarılması bizim növbəti qələbəmiz deməkdir


"Azərbaycanın antiterror əməliyyatı keçirməsindən və torpaqlarımızın tamamilə azad edilməsindən sonra Rusiya qoşunlarının gedəcəyi gözlənilirdi. Çünki onların qalması üçün heç bir səbəb qalmamışdı. Xüsusilə nəzərə alaq ki, Rusiyanın Ukraynadakı əməliyyatları fonunda bu gözlənilən idi. Çünki hazırda Rusiyanın hərbi qüvvələrlə bağlı çətinliyi var. İxtisaslı hərbiçiləri çatmır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O bildirib ki, Rusiya Ukraynada xeyli hərbiçi itirib:

"Rus qoşunları ermənilər orda olarkən patrul xidməti həyata keçirirdilər. Ermənilər öz xoşu ilə çıxıb getdikdən sonra artıq belə bir xidmətə də ehtiyyac qalmamışdı. Rusiya qoşunlarının orda olub olmamısanın bizə heç bir təsiri yox idi. Ancaq yenə də haqlı olaraq bəzi narazılıqlar var idi. Erməni sakinləri orda olarkən rus qonşularının bəzi davranışları cəmiyyətdə aqressiyaya səbəb olurdu. Çünki Azərbaycanın mövqeyini tapdalayan addımlar atırdılar".

Politoloq deyib ki. rus qoşunlarının Azərbaycandan çıxarılması bizim növbəti qələbəmiz deməkdir:

"Artıq Azərbaycan torpaqlarının tamamına özümüz nəzarət edəcəyik. Bu böyük xoşbextlikdir. Müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycan torpaqlarının tamamı nezaretimizdə olacaq. Cənab prezidentin düşünülmüş, düzgün siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Azərbaycan xalqı buna görə hər zaman dövlətimizi, Müzəffər Ali Baş Komandana minnətdardır".


Süleyman
Xəbəri paylaş