
"Azərbaycan və Şimali Makedoniya arasında münasibətlər müxtəlif sahələri əhatə edən dostluq və əməkdaşlıq əlaqələrindən ibarətdir".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Tural Məmmədov deyib. O bildirib ki, 2023-cü ildən etibarən iki ölkə arasındakı diplomatik əlaqələr daha da möhkəmləndirilərək uğurla inkişaf edir:
"Şimali Makedoniya prezidentinin Azərbaycana səfəri və verilən bəyanatlar onu göstərir ki, Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlıq münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır, eyni zamanda regional və qlobal məsələlərdə də ortaq maraqlar üzərində qurulur. Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi mesajlar, iki ölkə arasındakı əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar açacaq".
Hakim partiya təmsilçisi deyib ki, Şimali Makedoniya ilə əməkdaşlıq əlaqələri qarşılıqlı maraqlara xidmət edir:
"Azərbaycan və Şimali Makedoniya arasında mədəni və humanitar əlaqələrin gücləndirilməsi dövlət başçılarının verdikləri bəyanatda mühüm məsələlərdən biri kimi öz əksini tapıb. İki ölkə xalqları arasında tarixi və mədəni bağlar daha sıx əməkdaşlıq üçün geniş imkanlar yaradır".
Anar Əliyev