Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il 459,6 kilometr yol əsaslı təmir olunacaq

Bu il 459,6 kilometr yol əsaslı təmir olunacaq


Hökumət avtomobil və dəmir yollarının inkişafı üçün investisiya layihələrini nəzərdən keçirib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu il ümumilikdə 781,2 milyard təngə maliyyə vəsaiti hesabına 8,8 min kilometr avtomobil yolu müxtəlif növ təmir işləri ilə əhatə olunacaq. Bunun 2,1 min kilometri yenilənəcək, 459,6 kilometri əsaslı, 6,3 min kilometri isə orta təmirli olacaq.

Həmçinin bu il 1000 kilometr uzunluğunda avtomobil yollarının, o cümlədən “Qaraqanda – Jezkazqan”, “Aktobe – Ulqaysın”, “Atırau – Dossor” və Qızılorda, Rudnı, Sarıağaş və Petropavlovsk şəhərlərinin dolama yollarının tikintisi və yenidən qurulması üzrə 7 yeni layihəyə start veriləcək.

Avtomobil keçid məntəqələrinin yenidən qurulması mərhələli şəkildə həyata keçiriləcək. Qazaxıstanla sərhəddə fəaliyyət göstərən 52 keçid məntəqəsindən 36-sı 2030-cu ilə qədər yenilənəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş