Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il 171 dəfə uşaq hüquqları pozulub

Bu il 171 dəfə uşaq hüquqları pozulub



Bu il Qazaxıstanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qəbul edilmiş hüquq normalarının 171 pozuntusu aşkar edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Uşaq hüquqları üzrə müvəkkili Dinara Zəkiyeva məlumat verib.

Bildirib ki, 13 rayon və 73 yaşayış məntəqəsində vəziyyətin monitorinqi həyata keçirilərkən belə nəticəyə gəlinib. O, 272 müəssisədə uşaqlar arasında gizli sorğu aparıldığını, 173 ailədə tərbiyə alan yeniyetmələrin vəziyyətini öyrəndiyini bildirib. Yoxlama zamanı uşaq hüquqlarının müdafiəsi ilə bağlı qəbul edilmiş hüquq normalarının 171 pozuntusu aşkar edilib.

Məlum olub ki, regionlarda 112 ailəyə dəstək mərkəzi səmərəli fəaliyyət göstərir.

Cavid İmaməliyev
Xəbəri paylaş