Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” metodik vəsaitin təqdimat mərasimi keçirilib

“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” metodik vəsaitin təqdimat mərasimi keçirilib


Bakı Kitab Mərkəzində Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” metodik vəsaitin təqdimat mərasimi keçirilib.

Newscenter,az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Milli Məclisin deputatları Jalə Əhmədova, Hicran Hüseynova və Nizami Cəfərov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, eləcə də elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak edib.

Yüksək səviyyədə baş tutan təqdimat mərasimində çıxış edənlər metodiki vəsait olaraq kitabın Azərbaycan dili üzrə Sertifikasiya imtahanı (ADSİ) üçün vacibliyindən, əcnəbilərin dilimizi sevməsi və Azərbaycan dilini öyrənməsində mühüm əhəmiyyətə malik olmasından bəhs ediblər.

Süleyman
Xəbəri paylaş