Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhməramlıların Qarabağı tərk etməsinin ziyanlı tərəfi nədir?

Sülhməramlıların Qarabağı tərk etməsinin ziyanlı tərəfi nədir?


Məlum olduğu kimi Rusiya sülhməramlı qüvvvələri vaxtından əvvəl öz missiyasını başa vurub Qarabağı tərk etdi. Bu hadisə öz-özlüyündə ölkəmiz üçün diplomatik uğur və mühüm tarixi hadisə hesab edilə bilər. Ancaq bəzi ekspertlər bunun ziyanlı tərəfinin ola biləcəyindən də ehtiyat edirlər.

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi deyib ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanı tərk etməsiklə bərabər, Cənubi Qafqazda yeni oyunçuların daha da fəallaşa biləcəyi ehtimalı artmış olur. Onun sözlərinə görə, əslində, Rusiya sülhməramlı qüvvələrini öz vaxtında, yəni 2025-ci ildə ölkəmizi tərk etməsi daha məqsədəuyğun görünürdü:

"Amma, Rusiyanın böyük ehtimalla Ukrayna cəbhəsində canlı qüvvəyə daha çox ehtiyacı olduğunu nəzərə alsaq, bu addımın atılmasının nə qədər Rusiya üçün vacib olduğunu görmək olar. Bundan başqa daha bir ehtimal var və ehtimal zəif olsa da odur ki, Rusiya və Fransanın gizli sövdələşməsi nəticəsində belə bir qərarın qəbul edilməsinə Rusiya razılıq verib. Hər şeyə rəğmən Rusiyanın bu addımı bizə görə məqbul hesab olunur, amma bunun ziyanlı tərəfinin olması ehtimalını da gizlətmək olmaz".

Anar Əliyev
Xəbəri paylaş