Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ilin 11-ayı ərzində çoxmərtəbəli binalar üzrə 25430 mənzildə təbii qazın açılması təmin olunub

Bu ilin 11-ayı ərzində çoxmərtəbəli binalar üzrə 25430 mənzildə təbii qazın açılması təmin olunub


Newscenter.az.12.12.2018. “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, Birlik 2018-ci ilin yanvar-noyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 321 çoxmərtəbəli bina üzrə təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 25430 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
Xəbəri paylaş