Newscenter.az.18.02.2019. “Rüstəm İbrahimbəyovla bağlı ikinci dəfə yazıram. Birinci dəfə məlum “Qafqaz üçlüyü” filminin müzakirələri zamanı yazmışdım. O zaman Rüstəmin öz filmində azərbaycanlıları barbar və faşist kimi göstərdiyini qeyd etmişdim. İndi də o fikirdəyəm”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov səsləndirib. O, bildirib ki, iki gündür başımız xarab olub, Rüstəm Bakıya gəlib: “Böyük şey olub. Lap “cin mikrorayondadı” məsələsinə oxşadı. Guya Rüstəmin Bakıya gəlməyində nə problem var idi?
Deyim niyə gəlib? Şəkillərdən və verdiyi açlqlamalardan belə başa düşdüm ki, ürəyinə kabab düşüb, obyektlərini yerbəyer etməyə gəlib. Bir sözlə bazarlığa gəlib. Çünki Rüstəmin Azərbaycan adlı dərdi yoxdu. Şəxsən mən onu azərbaycanlı saymıram. O və onun kimiləri hamısı “darmoyed”dirlər”.