Newscenter.az.8.04.2020. "Bu gün ölkədə 3 000-dən çox müayinə aparılıb və bununla da 53 mindən çox test icra olunub".
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gəncə və Naxçıvanda laboratoriyalar fəaliyyətə başlayıb: "Gələn həftə Şəki və Sumqayıtda da yeni laboratoriyalar açılacaq".
R.Bayramlı bildirib ki, hazırda 105 koronavirusa yoluxma arasında Naxçıvanda aşkarlanan hallar da var.