Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliyada pandemiya qurbanlarının sayı 29 mini ötdü



Newscenter.az.4.05.2020. İtaliyada son bir gün ərzində daha 195 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 079 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 1 121 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 211 938-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 82 879 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.
Xəbəri paylaş