Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vüsal Kərimli: "Martın 24-dən bəri 20 milyondan çox sərnişin daşınıb"



Newscenter.az.4.05.2020. Azərbaycanda xüsusi karantin rejiminin elan olunduğu martın 24-dən bu günə qədər paytaxtda 20 milyondan çox sərnişin daşınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda sərnişinlərə 1 750 avtobus xidmət göstərir.

"Əlavə sürücülər işə qəbul edilib və onlar ekspres marşrut xətləri üzrə xidmət göstəriblər", - o qeyd edib.

V.Kərimli həmçinin deyib ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində avtobuslarda mütəmadi dezinfeksiya işləri aparılıb.
Xəbəri paylaş