Newscenter.az.11.05.2020. "Azərbaycan mətbuatının banisi, böyük mütəfəkkir, qürur yerimiz, iftixarımız olan Həsən bəy Zərdabinin adını daşıyan park, elə öz adına yaraşan, Azərbaycanımızın bu günkü inkişafına layiq bir şəkildə təmir edilərək istifadəyə verildi".
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Zərdab rayonundan millət vəkili seçilmiş Jalə Əliyeva verib. Millət vəkili qeyd edib ki, artıq Zərdabda ziyalılarımızın söhbət etməyə, yaşlılarımızın dincəlməyə, uşaqlarımızın əylənməyə gözəl, yaraşıqlı bir güşəsi var:
"Yaradan əllər var olsun! Cənab Prezident İlham Əliyevin bütün göstəriş və tövsiyələrinə qısa müddətdə ən yüksək şəkildə əməl edərək, uğurlu bir fəaliyyət sərgiləyən, Zərdab rayonunu abadlaşdıran, gözəlləşdirən rayon icra hakimiyyətinin başçısı, hörmətli qardaşımız Mərdan Camalova təşəkkürlərimizi bildirirəm. Zərdablıların üzünü güldürdünüz, Mərdan müəllim! Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyiniz işgüzar fəaliyyətinizdə və Zərdab camaatının öz rayonuyla fəxr etmələrinə səbəb olan quruculuq işlərinizdə sizə daim yeni nailiyyətlər arzu edirəm".
Anar