Newscenter.az.11.05.2020. COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirləri bütün yaş qruplarına şamil olunsada bu qadağalar daha çox aktiv nəsil olan gənclərə mənfi təsir göstərib. Sosial obyektlerin mövcud epidemioloji vəziyyətlə bağlı fəaliyyətsizliyi, gənclərin asudə vaxtının səmərəli təşkilinə də müəyyən əngəllər yaradıb. Bütün bunları nəzərə alaraq Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 12 may tarixində saat 12:00-da "Pandemiya Dövründə Gənclərin Asudə Vaxtının Təşkili" adlı online konfrans keçiriləcək.
Newscenter.az xəbər verir ki, təşkil olunacaq online konfransda Respublikanın bütün şəhər və rayonlarından olan gənclər, eləcə də gənclər təşkilatları öncədən qeydiyyatdan keçməklə bu sahədə fəxri qonaqlarla onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparmaq, gənclərin asudə vaxtlarının təşkili mövzusunda maraqlı çıxışlar etmək və real təkliflər vermək şansı əldə edəcəklər. Bunun üçün konfransda iştirak etmək istəyən şəxslərdən aşağıda göstərilən keçid linkinə daxil olmaqla qeydiyyatdan keçmələri xahiş olunur. Yalnız qeydiyyatdan keçən şəxslərə konfransda iştirak linki göndəriləcək.
https://docs.google.com/…/1FAIpQLScvkHV9IU09xZXNkE…/viewform