Newscenter.az.15.05.2020. Azərbaycanda 4 rayonun prokuroru vəzifədən azad edilib.
Bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:
Sabunçu rayon prokuroru Ceyhun Şirinov,
Nəsimi rayon prokuroru Salman Məmmədli,
Qəbələ rayon prokuroru Məqsəd Orucov,
Yevlax rayon prokuroru Elxan Pənahov.
Xətai rayon prokuroru Yusif İldırımzadə
Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.
Qeyd edək ki, Elxan Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır. (sabah.az)