Bugün İranda başlayan və hələ də davam edən etiraz aksiyalarının 4 ayı tamam olur. Şübhəsiz ki, bu müddət ərzində Tehran rejmi daxilində ciddi silkələnmələrin oıduğunu və teokratik rejmimdən bəzi çatlaq səsləri çıxdığını hiss etməkdəyik. İşin maraqlı tərəfi isə ondan ibarətdir ki, bu 4 aylıq müddətdə Tehran rejminin istər köhnə məmurları, istərsə də indiki məmurları mütəmadi şəkildə günahlandırmağa çalışırlar. Hətta iş o yerə çatdı ki, Tehran rejmi uzun illər ona xidmət etmiş şəxsləri belə ölüm hökmünə məhkum etməkdən çəkinmədi. Rejimi iki əllə qorumağa çalışan məhkəmə 1997-2005-ci illərdə, yəni eks-prezident Məhəmməd Xatəminin prezidentliyi dönəmində müdafiə nazirinin müavini işləmiş Əlireza Əkbəri haqqında ölüm hökmü verib. İrana məxsus İSNA agentliyi məlumat paylaşıb ki, Əlireza Əkbəri Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunaraq ölüm hökmünə məhkum edilib.
İranın Kəşfiyyat Nazirliyi iddia edir ki, edam edilən Əlireza Əkbəri İngiltərənin Mİ6 kəşfiyyat xidməti ilə sıx əməkdaşlıq edib və İranla bağlı mühüm məlumatları xaricə köçürmək üçün toplayan ən mühüm agentlərindən biri olub. Məsələyə İran Kəşfiyyat Nazirliyinin iddiası və məntiqi ilə yanaşsaq, onda belə anlamaq olar ki, Əlireza Əkbəri nazır müavini olduğu 1997-2005-ci illərdə mühüm postu tutduğu zaman, dövlət əhəmiyyətli məlumatları İngiltərənin Mİ6 kəşfiyyatına ötürüb. Nəzərə alsaq ki, həmin dövrdə Əli Şamxani İran Müdafiə Naziri, Əlireza Əkbəri isə onun müavini olub, o zaman burada iki verdiya ortaya çıxmış olur.
1. Əli Şamxani rəhbərlik etdiyi qrumunda ikinci şəxsin cəsus olmasından xəbərsiz olub ki, bu da ciddi nöqsandır və Əlireza Əkbərinin aqibəti onu da gözləməli idi,
2. Əli Şəmxani Əlireza Əkbərinin cəsus olduğunu bilib və buna göz yumub ki, bu da yenə onu həmin cinayətlərə ortaq etmiş olur.
Yəni hər iki halda Əli Şamxani də Əkireza Əkbəri qədər bu işlərdə məhsuliyyət daşıdığını demək mümkündür. Amma indi bizim gördüyümüz mənzərə ondan ibarətdir ki, Əli Şamxani admiral rütbəsində İranın ali rəhbəri ayətullah Seyid Əli Xomneyinin xüsusi nümayəndəsi və İran ali təhlükəsizlik şurasının katibidir. Buradan belə qənaətə gəlmək olar ki, Əlireza Əkbərinin edam edilməsi də həm də hakimiyyətdaxili intriqanın nəticəsi kimi də ortaya çıxmış olsun.
Əlireza Əkbərin İngiltərə vətındaşı olması ilə bağlı iddiaların bir neçə qaynağı var ki, həmin qaynaqlar sırasında "BBC"nin yaydığı məlumat, Əlireza Əkbərin 2005-2020-ci illərdə, yəni vəzifədən getdikdən sonra İngiltərədə yaşaması və İngiltərə XİN İranın Londondakı səfirini nazirliyə çağırması və ona nota təqdim etməsi və s. göstərə bilərik. Hətta bəzi məlumatlara əsasən, Əlireza Əkbəri edam edilmədən öncə Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib, amma sonra girov qarşılığında sərbəst buraxılıb. Nəhayət, İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib və ona qarşı cəsusluq ittihamını irəli sürüb və edam edilib.
Tehran rejminin belə hərəkətləri qarşısında sual ortaya çıxır ki, 1979-cu il İslam İnqilabını dəstəkləyən və nəticəyə çatdıran İngiltərənin Mİ6 kəşfiyyatı olduğu, Qərb dövlətləri ilə ən gərgin vəziyyətində belə İngiltərə ilə əlaqələri kəsməyən Tehran rejmi indi cəsus axtarışına çıxmasının əsl səbəbi nədir? Əgər rejim daxilində müdafiə nazirinin müavini səviyyəsində cəsus varsa, demək digər orqanların da daxilində cəsus şəbəkəsinin olması ehtimalı şübhəsizdir. O baxımdan sual ortaya çıxır 44 il ərzində Tehran rejmi cəsus axtarmayıb indi cəsus "ovu"na çıxmasının arxasında hansı səbəblər dayanır? Nəhayət, Tehran rejminin bu addımları nəticə verəkmi?
Əlbəttə qarşıdakı dövrdə baş verən hadisələr fonunda bu mövzunun hansı nəticəyə gəlib çatacağını daha yaxşı təxmin edə biləcəyik.
Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri