Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BRİCS cənub ölkələri üçün ümid olaraq qalır

BRİCS cənub ölkələri üçün ümid olaraq qalır


"BRICS-in Kazan sammiti bütün dünyanın diqqət mərkəzində idi. Xüsusilə bu sammitin Rusiya üçün önəmli simvolik və siyasi əhəmiyyəti var idi".

Newscenter.az xəbər verir ki, bunu deyən politoloq Kamran Sultanlı bildirib ki, Rusiya bu sammit vasitəsilə dünyanın böyük qisminin onun yanında olduğunu və Rusiyanın təcrid olunmadığını göstərməyə çalışdı:

"Sammitə Hindistan və Çin liderlərinin qatılması, sammitdən öncə Pekin və Dehlinin sərhəddən hərbi olaraq çəkilmə və normal sərhəd nəzarəti haqqında anlaşması Rusiya acısından önəmlidir. Rusiya lideri Putin beynəlxalq ekspertlərin qeyd etdiyi kimi Hindistan və Çin arasında hazırda geosiyasi yapışqan rolunu oynayır. Yəni bu iki Asiya nəhəngi arasında mürəkkəb münasibətləri praqmatik şəkildə idarə etmək və onların münasibətlərini idarə olunan səviyyədə saxlamaqla ortaq maraqlar sahəsində üçtərəfli əməkdaşlıq platforması qurmaq Rusiya üçün faydalıdır. Xüsusilə Hindistan və Çin Rusiya ilə ticarəti hər keçən gün artırır. Ötən il Rusiya və Çin arasında ticarət dövriyyəsi 240.3 milyard dollar, Hindistanla isə 69.5 milyard dollar təşkil edib ki, buda Hindistanla münasibətlərdə bütün zamanların rekord göstəricisidir. Hindistan gündəlik 1.9 milyon barrel neft idxalı, 26.1 milyon ton kömür idxalı ilə Rusiya ilə ticarətdə önəmli qazanclar əldə edir. Hindistan Rusiya neft idxalına tətbiq olunan endirimlə ötən il 12.7 milyard dollara qənaət edib".

Politoloq deyib ki, Çin də Rusiyadan bu il gündəlik 2.07 milyon barrel neft, 30 milyard kubmetrə yaxın qaz idxal edib:

"Ötən il Rusiya Çinə 55 milyon ton neft, 100 milyon ton gübrə, 40 milyard kubmetr qaz nəql edib. Bu il artıq neft ixracı 71.9 milyon tona çatıb. Sentyabr ayında Çin Rusiyaya 16.2 milyard dollar mal tədarük edib ki, bu da ay göstəricisinə görə ən yüksək rəqəmdir. Hindistan 100 milyon dollar texnoloji məhsulların ixracı ilə Rusiyanı texnoloji məhsullarla təmin edən ikinci əsas ölkəyə çevrilib. Bu baxımdan Dehli və Pekinlə münasibətlər müharibə vəziyyətində olan Kreml üçün həyatidir. Sammitdə NATO üzvü Türkiyənin liderinin qatılması və BMT-nin baş katibin qatılması Putin üçün önəmli siyasi nəticədir. Xüsusilə Ukraynanın dəvəti ilə İsveçrədə keçirilən sülh sammitinə qatılmayan BMT baş katibin Putinlə görüş üçün Kazana gəlməsi beynəlxalq instutların deqradasiyasından və yeni dünya nizamı uğrunda mübarizənin davamından xəbər verir".

Anar Əliyev
Xəbəri paylaş