
NATO dağıla bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, "The Washington Post" (WP) qəzeti belə bir iddia ilə çıxış edib.
Qəzetdə dərc olunmuş xəbərə görə, Tramp administrasiyasının Qrenlandiya ilə bağlı sərt ritorikası və ada uğrunda potensial münaqişə NATO-nun dağılmasına səbəb ola bilər.
"Karakas əməliyyatından sonra ABŞ-ın Qrenlandiya ilə bağlı ritorikası daha sərtləşib və Trampın suveren qonşunu faktiki olaraq ələ keçirmək istəyi özünü göstərir. ABŞ və Danimarka arasında ada uğrunda hipotetik münaqişə NATO müttəfiqləri arasında qarşıdurma yaradacaq. Lakin Şimali Atlantika Kollektiv Təhlükəsizlik Müqaviləsinin 5-ci maddəsi bütün 32 müttəfiqin yekdil razılığını tələb edir",-deyə qəzet yazır.
Yazıda o da qeyd edilir ki, lakin avropalılar Qrenlandiya ilə bağlı ABŞ ilə hərbi qarşıdurmaya əl atmayacaqlar.
Süleyman












































