Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsimi rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Nəsimi rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb


Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən 19 yaşlı A.Əliyev saxlanılıb.

Newscenter.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, aparılan araşdırmalarla saxlanılan şəxsin “Tufan” və “Minsk” markalı 2 motosikleti qaçırması, ümumi dəyəri 2100 manat olan 2 mopedi və bir qadına məxsus mobil telefonu oğurlaması müəyyən edilib.

Araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş