Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vüqar Gülməmmədov: “ASOSAI İdarə Heyətinə üzvlük bizim üçün həm etimaddır, həm də məsuliyyət”

Vüqar Gülməmmədov: “ASOSAI İdarə Heyətinə üzvlük bizim üçün həm etimaddır, həm də məsuliyyət”


ASOSAI İdarə Heyətinin 62-ci toplantısında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün qürurverici və məsuliyyətlidir.

Newscenter.az-ın xəbərinə görə, O, Hesablama Palatasının beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə, bilik və informasiya mübadiləsinin gücləndirilməsinə, həmçinin regional əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Vüqar Gülməmmədov qeyd edib ki, ASOSAI İdarə Heyətinə üzv seçilmək həm etimaddır, həm də gələcəkdə daha fəal iştirak üçün məsuliyyətdir.

Sədr çıxışında əlavə edib ki, ali audit orqanları arasında bilik və təcrübə mübadiləsinin genişlənməsi əməkdaşlığın daha sistemli qurulmasına şərait yaradacaq. O, həmçinin Azərbaycanda həyata keçirilən dövlət maliyyə idarəetməsi islahatları və ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəm barədə fikirlərini bölüşüb.


Süleyman
Xəbəri paylaş