
"Ukraynada hökumətin tərkibində dəyişiklik ediləcək. Bu məqsədlə ölkə başçısı Volodimir Zelenski Baş nazirin birinci müavini, 39 yaşlı Yuliya Sviridenkonun namizədliyini Baş nazir postuna irəli sürüb. Ölkə başçısı namizədliklə bağlı gələcək baş nazirlə görüşüb. Zelenski indiki baş nazir Denis Şmıqalı müdafiə naziri postuna namizəd göstərib. Baş verənlər əlbəttə ki, sıradan bir kadr dəyişikliyi deyil".
Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, Ukrayna Konstitusiyasına görə baş nazir kifayət qədər ciddi siyasi postdur:
"Ölkənin keçmiş prezidentlərinin bir çoxu bu postda gəlməmişdən əvvəl hökumətə rəhbərlik edib. Baş nazirin dəyişdirilməsində ilkin məqsədi böyüyən iqdisasiyyata keçid etməkdir. İndiki baş nazir Denis Şmıqalın siyasəti Ukrayna iqtisadiyyatını hücumlardan müdafiə etmək idi. Şmıqal müharibə iqdisadiyyatına uğurlu şəkildə rəhbərlik etdi, eyni zamanda Zelinskinin də ciddi etimadını qazandı. Ancaq o, ölkə iqtisadiyyatının böyüməsi ilə bağlı təşəbbüs göstərməsi. Başqa bir səbəb isə mövcud baş nazirin özünə sadiq komandaya malik olmasıdır. Şmıqal İvano - Frankivsk bölgəsinin valisi vəzifəsində xidmət etdiyi zaman özü ilə birlikdə işləyən şəxsləri hazırda həm Nazirlər Kabineti, həm də müxtəlif nazirlərliklərə yerləşdirə bilib".
Politoloq qeyd edib ki, Zelinskinin Şmıqalı komandan tamamilə göndərməməsinə bir səbəb də ona sadiq şəxslərin narazılıqlarının qarşısını almaqdır:
"Eyni zamanda Zelinskiyə Müdafiə Nazirliyində təcrübəli və güclü iqtisadiyyatçı lazımdır ki, Şmıqal bu işin öhdəsindən uğurla gələ bilər. Yuliya Sviderenkonun hökumət rəhbərliyinə gətirilməsi həm böyüyünün iqdisasiyyata keçid, həm də ölkədə xarici qüvvələrin təşkil etmək istədiyi siyasi oyunları pozmaqdır. Bir müddət öncə Ukrayna müxalifəti tədbirlər həyata keçirirdiyi iclasda keçmiş baş nazir Yuliya Timoşenkonun fəallığı diqqətdən qaçmırdı. Həm Qərb, həm Rusiya mediası Zelinskinin yerinə prezidentliyə Timoşenkonu əsas namizəd kimi olduğunu vurğulayırdılar. Xanım Tımaşenkonun artan fəallığı Zelinskini də ehtiyyatlı olmağa vadar edib. Görünür ki, Ukrayna prezidenti öz nəzarəti altında " İkinci Yuliya " nın hazırlaması barədə qərar qəbul edib. 39 yaşlı yeni baş nazirin əsas işi həm 64 yaşlı adaşının artan nüfuzunu dayandırmaq, həm də Ukrayna iqdisadiyyatının böyüdülməsi müxtəlif lahiyyələr icra etmək olacaq".
Süleyman