Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fedorovun istefası ilə bağlı Ukraynanın 11 şəhərində etiraz aksiyaları keçirilir

Fedorovun istefası ilə bağlı Ukraynanın 11 şəhərində etiraz aksiyaları keçirilir



Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorovun istefası ilə bağlı ölkənin 11 şəhərində etirazlar keçirilir.

Newscenter.az TASS-a istinadən bildirir ki, etiraz aksiyalarında on minlərlə ukraynalı iştirak edib.

Daha əvvəl bildirilirdi ki, Kiyev, Dnepropetrovsk, Odessa, Xarkov və Lvovda ardıcıl səkkizinci gündür ki, mitinqlər keçirilir. Son media xəbərlərinə görə, etirazlar daha altı şəhərdə - Vinnitsa, İvano-Frankivsk, Lutsk, Nikolayev, Ternopil və Xmelnitskidə də baş tutub.

24 iyul axşamı üçün yeni kütləvi etiraz aksiyaları elan edilib.

Məlumat üçün qeyd edək ki, 14 iyulda Fedorov müdafiə naziri vəzifəsindən azad edilib. Prezident Volodimir Zelenski bunu Fedorovla Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsini tutan Aleksandr Sırski arasındakı münaqişə ilə əlaqələndirib.

Anar
Xəbəri paylaş