Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın şəhəri bu gün əsl intibah dövrünü yaşayır

Laçın şəhəri bu gün əsl intibah dövrünü yaşayır


"Hər bir xalqın taleyində elə şanlı səhifələr var ki, onlar nəsillər boyu qürur mənbəyi olmaqla yanaşı, həm də gənclər üçün əsl həyat vətənpərvərlik dərsinə çevrilir. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uzaqgörən strategiyası sayəsində azadlığına qovuşan Laçın şəhəri bu gün əsl intibah dövrünü yaşayır".

Newscenter.az[/b] xəbər verir ki, bunları Bakı şəhəri Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayeva deyib. O bildirib ki, Laçın Şəhəri Günü sadəcə bir coğrafi qayıdış bayramı deyil, həm də hər bir vətəndaş, xüsusilə gənc nəsil üçün zəfər, ədalət və quruculuq dərslikləridir:

"Təhsil ocaqlarında və intellektual müzakirələrdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bu misilsiz bərpa işlərinin öyrənilməsi gənclərin analitik təfəkkürünü və vətənpərvərlik ruhunu gücləndirir. Tarixini və liderinin gördüyü nəhəng işləri dərindən dərk edən gənclər həm də sabahın ən savadlı və məqsədyönlü qurucuları olurlar".

[b]Süleyman
Xəbəri paylaş