Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya estoniyalı diplomatı ölkədən qovur

Rusiya estoniyalı diplomatı ölkədən qovur


Rusiya daha bir avropalı diplomatı ölkədən qovub.

Newscenter.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, estoniyalı diplomatın deportasiya edilməsinə dair qərar verilib.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb.

Açıqlamada Rusiyanın Tallindəki səfirliyində çalışan diplomatın martın 19-da heç bir əsas olmadan “persona non-qrata” elan edildiyi xatırladılıb və bu vəziyyətə şiddətlə etiraz edildiyi vurğulanıb.

Bəyanatda qarşılıqlılıq prinsipinə əsaslanaraq, Vanamolderə Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşının Rusiyadan deportasiya ediləcəyi bildirilib. Estoniya tərəfinə onun düşmənçilik fəaliyyətinə hər zaman müvafiq cavab veriləcəyi bildirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş