Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qanlı olayların arxasında Türkiyəni zəiflətməyə, gücdən salmağa yönəlmiş güclər dayanır

Qanlı olayların arxasında Türkiyəni zəiflətməyə, gücdən salmağa yönəlmiş güclər dayanır


Türkiyədə baş verən son terror aktı qardaş ölkənin regionda, eləcə də beynəlxalq aləmdə artan nüfuzundan, güclü ordu və texnikaya malik olmasından olduqca narahat olan qüvvələrin hərəkətə keçdiyini göstərir.

Uzun illər ərzində bütün imkanları ilə Türkiyənin güclənməsinə qarşı addımlar atan, silah embarqoları və digər sanksiyalar tətbiq edən güclər nə qədər çalışsalar da istədiklərinə nail ola bilmədilər. Türkiyə öz imkanları ilə, daxili istehsal hesabına hərbi sənayesini inkişaf etdirməyi və silah və hərbi texnika ixracatçısı olan ölkəyə çevrilməyi bacardı. Hal-hazırda Türkiyənin müdafiə sənayesi məhsullarının dünyanın 80-dən artıq ölkəsinə ixrac edildiyi məlumdur. Təsadüfi deyil ki, bu gün dünyanın 100 ən böyük müdafiə sənayesi şirkəti arasında 5 Türkiyə şirkəti var. Məhz elə bu inkişafın nəticəsidir ki, Türkiyə ABŞ-dan ən çox silah alan 7-ci ölkədən 27-ci ölkəyə çevrilib. Buna səbəb isə təkcə dövlətlər arasında gərginlik deyil, həm də Türkiyənin yerli sənayesini inkişaf etdirməsidir.

Türkiyənin silah asılılığını azaltması və müdafiə sənayesində inkişafı isə təbii olaraq qardaş ölkənin terrora qarşı daha efektli mübarizəsinə də imkan verdi. Odur ki, həm terror qrupları, həm də bu qrupların arxasında dayanan güclər Türkiyəni dayandıra bilmək üçün terroru son fürsət olaraq görürlər. Onlar bu terror aktı ilə Türkiyənin qarşısını ala bilmək üçün ən alçaq addımlara belə gedə biləcəklərini nümayiş etdirmiş oldular.

Başqa sözlə desək açıq-aşkar görünən budur ki, qanlı olayların arxasında Türkiyəni zəiflətməyə, gücdən salmağa yönəlmiş güclər dayanır. Amma bu güclərin və onlara bağlı terror qruplarının nə etməsindən asılı olmayaraq Türkiyənin dünyanın lider dövlətlərindən biri kimi öz siyasətini xalqının milli maraqlarına uyğun şəkildə aparmaqda davam edəcəyi şübhəsizdir. Bu gün heç bir qüvvə Türkiyəni çəkindirə və öz yolundan döndərə bilməz.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş