Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İraq və Suriyadan sonra hədəf kimdir?

İraq və Suriyadan sonra hədəf kimdir?


"İraq və Suriyadan sonra hədəfin İran olacağı getdikcə daha güclü bir ehtimal kimi önə çıxır".

Newscenter.az xəbər verir ki, bunu politoloq Nazim Cəfərsoy deyib. O bildirib ki, öncəki təcrübələrin fərqli dinamikləri ilə yanaşı, bir ortaq dinamikası var:

"Kürd ayrılıkçı hərəkatı. Həm İraq, həm də Suriyada mərkəzi hakimiyyətlərə qarşı Kürd amili fəal istifadə edildi. İrandakı rejimin devrilməsində isə Kürd amilinin PJAK şəklində fəal iştirak edəcəyini təxmin edirəm.

İraqda KYB VƏ KDP bunun qarşılığında Kərkük Türklərinin ana vətəni Musul vilayətində kontrolü təmin etdi. Suriyada isə PYD və YPG Ərəbləri əsasən Türkiyəyə qovaraq böyük bir ərazini ələ keçirib ABŞ-ın fəal dəstəyi ilə dövlət və ordu qurur".

Politoloq deyib ki, Türkiyədəki PKK ilə yeni açılım isə İraqdan sonra Suriyadakı YPG-nin Ankaraya qəbul etdirilməsi və ən az 100 minlik YPG ordusunun İrana qarşı istifadəsini təmin etməkdir:

"İrana qarşı bir əməliyyatda isə PJAK-ın başta Urmiyə olmaqla Türk əhalini Azərbaycan Cümhuriyyəti və Türkiyəyə qovaraq Güney Azərbaycanda böyük bir ərazini ələ keçirməsi çox ciddi bir ehtimaldır!".

Anar Əliyev
Xəbəri paylaş