Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu cür təxribatların Ermənistanın özü üçün fəlakətlə nəticələnəciyi dəqiqdir

Bu cür təxribatların Ermənistanın özü üçün fəlakətlə nəticələnəciyi dəqiqdir


"Ermənistan tərəfindən atəşkəsin pozulması əslində ayrı-ayrı maraqlı tərəflərin Azərbaycanla Ermənistan arasında gərginliyi öz Cənubi Qafqaz maraqlarını təmin etmək üçün fürsət kimi görməsindən qaynaqlanır. Məqsəd münasibətləri gərgin saxlamaq və hətta imkan varsa yeni münaqişəni alovlandırmaqdan ibarətdir".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə son günlər Ermənistanın Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmasını şərh edərkən səsləndirib. O bildirib ki, Bayden hakimiyyəti və eləcə də Fransa yeni münaqişə fonunda Ermənistanın təhlükəsizliyi adı altında regiona soxulmaq niyyətindədirlər/

Yusif Bağırzdənin sözlərinə görə, problem ondadır ki, sülhü istəməyən qüvvələr təkcə Qərbdə deyil:

"Əslində Rusiya da Azərbaycanla Ermənistan arasında sülhü ölkələrə təsir imkanlarını itirmək və nəticədə Ermənistandan çıxmaq təhlükəsi olaraq gördüyü üçün indiki mərhələdə sülhdə maraqlı görünmür. Məhz elə buna görədir ki, Ermənistan tərəfindən atəşkəsin pozulması istiqamətində atılan addımlara həm Qərb, həm də Rusiya tərəfindən hər hansı reaksiya verilmir.

Amma kimin nə oyun oynamasından asılı olmayaraq bu cür təxribatların ilk növbədə Ermənistanın özü üçün fəlakətlə nəticələnəciyi dəqiqdir. Ermənistan bilməlidir ki, bu cür təxribat fəaliyyətinə ölkəmizin verəcəyi cavab zamanı hər hansı ölkə ermənilərin yerinə vuruşmayacaq. Uduzan yenə də Ermənistan olacaq".

Süleyman
Xəbəri paylaş