
İslam Respublikasının Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin məlumatına görə, Pakistanda son 24 saat ərzində güclü yağışlar və əlaqəli hadisələr nəticəsində ən azı doqquz nəfər ölüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, şimal-qərbdəki Xayber Paxtunxva əyalətində baş verən təbii fəlakət nəticəsində altı nəfər ölüb. Şimaldakı Azad Cammu və Kəşmir bölgəsində daha üç nəfər həyatınl itirib. Leysan daşqınlar həmçinin 28 evi dağıdıb.
Pakistanda musson mövsümü iyul ayında başlayıb. Adətən sentyabr ayına qədər davam edir.
Anar











































