Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Antalyada meşə yanğını başlayıb

Antalyada meşə yanğını başlayıb


Türkiyənin Antalya kurort şəhərində meşə yanğınları başlayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, meşə yanğınları Antalyanın Kəpəz rayonunda baş verib. Hələlik məlum olmayan səbəblərdən başlayan yanğının qarşısının alınması məqsədilə yanğınsöndürmə işləri həyata keçirilir.

Fövqəladə Halların İdarəedilməsi Agentliyinin (AFAD) qüvvələrinin yanğına qarşı mübarizəsi həm havadan, həm də yerdən davam edir.

Qeyd edək ki, yanğın günorta saatlarında Kəpəz rayonunun Çamlıca məhəlləsindəki meşədə başlayıb.

Anar
Xəbəri paylaş