Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan mediası peşəkarlıq, obyektivlik, qərəzsizlik və prinsipiallıq prinsiplərinə sadiq qalmalıdır

Azərbaycan mediası peşəkarlıq, obyektivlik, qərəzsizlik və prinsipiallıq prinsiplərinə sadiq qalmalıdır


"Bu gün müstəqillik yolu ilə inamla irəliləyən, davamlı inkişaf edən Azərbaycan Respublikası regionun siyasi, iqtisadi və humanitar mərkəzlərindən birinə çevrilərək beynəlxalq münasibətlər sistemində öz layiqli mövqeyini möhkəmləndirmişdir".

Newscenter.az xəbər verir ki, bunları Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Nazilə Abbasobva deyib. O bildirib ki, ölkəmizdə əldə olunan dinamik inkişaf milli informasiya məkanının da sürətlə yenilənməsinə, informasiya resurslarının zənginləşməsinə, onların qlobal informasiya şəbəkəsində nüfuzunun və rəqabət qabiliyyətinin artmasına mühüm töhfə vermişdir:

"Müasir dövrdə qlobal informasiya məkanının sürətlə genişlənməsi, informasiya mübarizəsinin dövlətlərin beynəlxalq nüfuzuna və daxili ictimai-siyasi həyatına təsir imkanlarının artması kütləvi informasiya vasitələrinin üzərinə daha böyük məsuliyyət qoyur. Bu baxımdan Azərbaycan mediası peşəkarlıq, obyektivlik, qərəzsizlik və prinsipiallıq prinsiplərinə sadiq qalmalı, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək dövlətçilik maraqlarını hər zaman üstün tutmalıdır".

Nazilə Abbasova qeyd edib ki, milli mətbuat ölkəmizdə demokratik və müasir cəmiyyət quruculuğunun, milli həmrəyliyin və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinin, siyasi mədəniyyətin inkişaf etdirilməsinin, milli-mənəvi və əxlaqi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinin mühüm təminatçılarından biri kimi üzərinə düşən missiyanı məsuliyyətlə və layiqincə yerinə yetirməlidir.

Süleyman
Xəbəri paylaş