
Bu gün milli mətbuatımızın 151-ci ildönümü və Milli Mətbuat Günü münasibətilə bütün qələm dostlarımı, jurnalistləri və media nümayəndələrini bir yazıçı qəlbi ilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın görkəmli ədiblərindən olan Həsən bəy Zərdabinin rəhbərliyi altında"Əkinçi" qəzeti ilə təməli qoyulan azad, müstəqil və milli mətbuatımız hər zaman xalqımızın bədii, ictimai və mədəni təfəkkürünün formalaşmasında silinməz izlər qoymuşdur.
Xüsusilə qeyd etməliyəm ki, müasir mediamızın müstəqillik illərində dirçəlməsində və inkişafında müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndərimiz Heydər Əliyevin mətbuat azadlığına göstərdiyi xüsusi diqqət, senzuranın ləğv edilməsi kimi tarixi addımları unudulmaz bir məktəbdir.
Bu cür yüksək səviyyəli diqqət və qayğı hazırda doğma Partiyamızın Sədri, möhtərəm Prezidentimiz, qüdrətli Sərkərdəmiz cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir, jurnalistlərin sosial müdafiəsi və medianın müasirləşməsi daim dövlətin diqqət mərkəzində saxlanılır. İnanıram ki, Azərbaycan mətbuatı bundan sonra da dövlətçiliyimizin qorunmasında və həqiqətlərimizin dünyaya çatdırılmasında öz sözünü və dəst-xəttini qürurla qoruyub saxlayacaqdır. Hər birinizə çətin, lakin şərəfli yaradıcılıq yolunuzda yeni-yeni uğurlar, tükənməz ilham və qələm qüdrəti arzulayıram.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini










































