
Ermənistanın Baş naziri Nikol Paşinyan pəncərəyə dəyən quşun videosunu paylaşaraq bunu ölkəsu ilə müqayisə edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, erməni baş nazir tarixin axarını dəyişdirmək üçün köhnə məntiqdən imtina edib fərqli bir yol seçməyin vacibliyini vurğulayıb.
Paşinyan "Tarix dərslərində gözlənilməz paralellər" başlığı ilə yayımlanan videoda qeyd edib ki, bu kiçik quş içəri daxil olub və yeddi-səkkiz saatdır şüşəyə çırpılaraq çıxmağa çalışır. Çünki qarşıda açıq məkan görür. Aydındır ki, şüşəyə nə qədər çırpılsa da, məlum səbəblərdən çıxa bilməyəcək. Bu arada, qonşu qapıda onun küçəyə uça biləcəyi açıq bir qapı var. Kiçik quşumuz üçün yeganə çıxış yolu daim şüşəyə çırpılmaq məntiqindən imtina edib fərqli bir yol seçməkdir. Tariximiz haqqında bilməli olduğumuz şey budur", - deyə Paşinyan qeyd edib.
Anar











































