
ABŞ Çinlə dialoqu dəstəkləyir, çünki Vaşinqton və Pekin arasında hər hansı bir qarşıdurma bütün dünya üçün qlobal nəticələrə səbəb olacaq. Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
O, Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 59-cu Xarici İşlər Nazirləri Konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, "ABŞ və Çin arasında iqtisadi və ya digər münaqişənin ciddi qlobal nəticələrə səbəb olacağı aydındır. Buna görə də xarici siyasət və geosiyasətin qarşısında duran vəzifə fikir ayrılıqlarımızı idarə etmək və milli maraqlarımıza zidd olan heç bir şey etməmək, eyni zamanda dünya üçün həqiqətən fəlakətli bir şeyə səbəb ola biləcək münaqişələrdən qaçınmaqdır".











































